Bakıda VII Beynəlxalq türk
mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi
simpoziumu başa çatmışdır
Bakıda
keçirilən VII Beynəlxalq türk mədəniyyəti,
incəsənəti və mədəni irsin mühafizəsi
simpoziumu başa çatmışdır.
AzərTAc
xəbər verir ki, türk dünyasının öndəri,
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
edilmiş simpozium "Miras" Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyi, Qafqaz Universitetinin Qafqaz
Araşdırmaları İnstitutu, Türkiyənin Səlcuq
Universiteti və Türk Əl Sənətləri
Araşdırma və Tətbiqetmə Mərkəzi tərəfindən
təşkil olunmuşdur.
Azərbaycan,
Türkiyə, İtaliya, Rusiya, İran və digər ölkələrdən
olan alim və mütəxəssislərin iştirak etdikləri
beynəlxalq tədbir türk dünyasında mədəni
irsin araşdırılması, qorunması, təbliği, zəngin
türk mədəniyyəti, incəsənəti, türk
tarix və ədəbiyyatının dəyərləndirilməsi,
türkdilli ölkələrdə mədəni və arxeoloji
turizmin təbliği və digər mövzuları əhatə
etmişdir.
Beynəlxalq
simpoziumda 150-dək məruzə dinlənilmiş, müzakirələr
aparılmışdır.
Xatırladaq
ki, əvvəlki simpoziumlar Türkiyə, Misir, İspaniya və
İtaliyada keçirilmişdir.
Azərbaycan.-2013.- 30 iyun.- S.6.